Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
SOSİAL

Qış fəsli sərt keçəcək? - Proqnozlar Bürosu

<b>Qış fəsli sərt keçəcək? - Proqnozlar Bürosu</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib

Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Report-a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: “Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq”.
G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.
Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv