Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Türkiyədən Bakıya xəyanət edənlərlə bağlı - Açıqlama

<b>Türkiyədən Bakıya xəyanət edənlərlə bağlı - Açıqlama</b>

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin bir qrup vətəndaşının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirib

Səfirlikdən Report-a bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Türkiyənin müxalifət partiyasını təmsil edən keçmiş millət vəkilləri və müxalif jurnalistlərdir.
"Həmin qrup şəxsi təşəbbüsləri və Türkiyənin rəsmi qurumlarını xəbərdar etmədən bu səfəri həyata keçiriblər. Dövlətimiz bu səfəri qətiyyətlə pisləyir və qınayır. Bu səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur", - deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan sentyabrın 28-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə-orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv