Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

ABŞ Minsk Qrupundakı həmsədrini ixtisar edir? – Rəsmi

<b>ABŞ Minsk Qrupundakı həmsədrini ixtisar edir? – Rəsmi</b>

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şeffer öz vəzifəsini davam etdirəcək

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi erməni mətbuatına açıqlamasında deyib.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu çərçivəsində həlli prosesini dəstəkləyir və Minsk Qrupu həmsədrləri ilə aktiv fəaliyyətini davam etdirir”, - səfirlikdən bildirilib.
Qeyd edək ki, ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı haqda xəbər yayılıb. ABŞ Dövlət katibi Reks Tillersonun bununla bağlı Senata göndərdiyi məktubda Amerikadan olan həmsədrin missiyasının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna biləcəyi qeyd olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv