Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

“Prodüser xanım iki ay Nizami Gəncəvinin telefonunu axtardı”

<b>“Prodüser xanım iki ay Nizami Gəncəvinin telefonunu axtardı”</b>

ATV kanalında işlədiyim vaxt mənə bir prodüser verdilər

İsa Muğannanı çəkərkən bir neçə qələm adamını da danışdırmağımız lazım idi. Prodüserə dedim, get, Nizami Gəncəviyə, Molla Pənah Vaqifə və Səməd Vurğuna zəng elə ki, İsa müəllimlə bağlı çəkilişimizdə onları da danışdırmaq istəyirik.
Kult.az xəbər verir ki, bu sözləri şair Xanəmir Telmanoğlu ATV kanalında çalışdığı vaxtlarda yaşadığı maraqlı hadisə haqda yazıb. O, Mədəniyyət və İncəsənət Universitetini bitirmiş jurnalistin görkəmli şairlərin ölümündən xəbərsiz olduğunu bildirib:
“Düz bir həftə, gözünə döndüyüm, İncəsənəti bitirmiş bu xanım əfəndi zəng eləmədiyi yer qalmayıb. Tanıdığı kim varsa, zəng edib o üç nəhəngin telefonunu soruşanda, elə biliblər, qız onlarla məzələnir, zarafat edir, həmən söhbəti dəyişirmişlər. Bir tərəfdən də mən tələsdirirdim deyə, qız da özünü yeyib savırmış ki, xahiş edirəm, çəkilişimiz gecikir, mənə Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, Səməd Vurğunun telefon nömrələrini verin. Bu minvalla düz 1 ay qız gedib-gəlir və bildirirdi ki, onların nömrəsini tapa bilmirəm. Kimə zəng edirəm, telefonu qapadır, ya da mənim əsəblərimlə oynayır. Təsəvvür edin, bu xanım o müddət ərzində bəlkə də 200 adama zəng eləmişdi nömrəni öyrənməkdən ötəri. Dedim, yaxşı, mən indi Nizami müəllimə zəng edəcəm, siz danışarsınız. Nizami Cəfərovu yığdım və qız bülbül kimi ötməyə başladı. O gündən sonra bir az da dikbaş olan o xanım, nə deyirdim, canla-başla yerinə yetirirdi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv