Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

Kosaçevdən sərsəm bəyanat: Kataloniya və Qarabağ…

<b>Kosaçevdən sərsəm bəyanat: Kataloniya və Qarabağ…</b>

İspaniya mərkəzi hökuməti katalonlarla dialoqa getməlidir

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev söyləyib.
“Əgər İspaniya hökuməti əvvəlki kimi katalonları separatçı saysa, tərəflər arasında konflikt dərinləşəcək. Eyni formada öz müqəddaratını müəyyən etmək haqqına Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya xalqları malik olublar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyaya münasibətdə hərbi güc tətbiq edilib. Saakaşvilinin 2008-ci ildə hərbi avantürası Cənubi Osetiya və Abxaziya xalqlarının öz müqəddəratını təyinetmə haqqını geridönülməz etdi. Bu məsələni Kişinyov və Bakıda da xatırlamalıdırlar.
Nə qədər ki, gec deyil, İspaniya və digər analoji problemlərlə üz-üzə qalan ölkələr cəld şəkildə xatırlamalıdırlar ki, öz xalqı ilə savaş dövlətin möhkəmlənməsi çox, onun süqutu ilə nəticələnəcək. Dövlət öz vətəndaşları ilə danışmağı bacarmalıdır. Bunu bizimi Rusiyada etdiyimiz kimi etmək lazımdır”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv