Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
TÜRK DÜNYASI

Peşmərgədən türk ordusuna xəyanət – PKK-ya hücum fürsəti

<b>Peşmərgədən türk ordusuna xəyanət – PKK-ya hücum fürsəti</b>

Peşmərgənin nəzarətində olan Kanimasi bölgəsində referendumdan bir neçə gün sonra PKK terrorçularının Türkiyə Silahlı Qüvvələrinə hücumu təsadüf olmaya bilər

Bu barədə Türkiyənin “Vətən” qəzetində Murat Çelikin yazısı dərc edilib.
“Hadisə ilə əlaqədar Ankaraya gələn məlumatlarda olduqca mühüm bir detal var. Atışma Batufa-Kanimasi yolunda hərbi maşın karvanına atəş açılması ilə başlayıb. Bu çox vacib bir detaldır. Kanimasidə illərdir türk əsgərləri var. Hətta həmin bölgədə Türkiyənin komandos taburu belə yerləşir. Həmin yolun təhlükəsizliyini illərdir peşmərgə qüvvələri təmin edir. Onların yola nəzarət edə biləcək mühüm yerlərdə müşahidə nöqtələri var. Belə olan halda Şimali İraqda keçirilən referendumdan sadəcə 4 gün sonra belə bir hadisənin baş verməsi təsadüf ola bilərmi? İllərdir peşmərgənin qoruduğu yolda təxribat törədə bilməyən PKK necə oldu türk əsgərinə hücum etdi?” - Çelik yazıb.
Qeyd edək ki, Şimali İraqın Kanimasi bölgəsindəki döyüşlər zamanı Türk ordusunun 1 əsgəri şəhid olmuş, 4 əsgər isə yaralanmışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv