Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

Bölgələrdə insan alverinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılıb

<b>Bölgələrdə insan alverinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılıb</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Məcburi əməyə və insan alverinə qarşı mübarizə mövzusunda seminarların təşkili və monitorinqlərin aparılması" layihəsi çərçivəsində 18-19 sentyabr 2017-ci il tarixlərində Qəbələ və Oğuzda seminarlar keçirilib.
Tədbiri giriş sözü ilə açan Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verdikdən sonra çıxış üçün sözü layihə rəhbəri Ümüdvar Həsənova verib. Ümüdvar Həsənov İnsan alverinin qurbanları haqqında, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtmək istəyənlər üçün təhlükəsizlik plаnı, İnsan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. kimi əhəmiyyətlə məsələlər barədə maarifləndirici məlumatlar haqqında söz açıb, mövzu ilə bağlı bir sıra məsələlər haqqında geniş məlumat verib. Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv