Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

Putin bunu da nəzərdə tutub: Rayonlar azad edilməli, sonra...

<b>Putin bunu da nəzərdə tutub: Rayonlar azad edilməli, sonra...</b>

Rusiya Prezidenti Vladimir Putinin BMT-nin regional konfliktlərə diqqət ayırması haqqında çıxışı Dağlıq Qarabağ konfliktinə də aiddir

Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı siyasi ekspert Aleksey Fenenko söyləyib.
“Qarabağın həlli məsələsində BMT vasitəçi kimi üç yoldan istifadə edə bilər. Birinci ssenari odur ki, bizim hamımız 25 ildə ATƏT-in Minsk Qrupunun vasitəçi kimi heç bir nəticə əldə etmədiyinə əmin oluruq. Demək ki, burada BMT-nin himayəsi altında artıq yeni danışıqlar formatı yaratmağa cəhd edə bilərik. İkinci variant Minsk Qrupunu ATƏT formatından BMT formatına keçirmək ola bilər. Bununla da ona daha əhəmiyyətli status vermiş olarıq. Üçüncü variant isə BMT-nin monitorinq missiyasının konflikt zonasına göndərilməsi ola bilər. Bununla da bölgədə kimin daim atəş açdığı və danışıqları pozduğu spekulyasiyalarına son qoymuş olarıq. Mən BMT-nin köməkliyi ilə konfliktin sülhlə həll edilməsinin aktivləşdirilməsi üçün hələlik üç variant görürəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın işğal edilən rayonlardan çıxmalıdır:
“Putinin BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına əməl edilməsinin vacibliyi haqqında çıxışına gəlincə isə bu, həm də Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsi gərəkdiyi mənasını da ifadə edə bilər. Ermənistan hələlik bunu icra etməkdən imtina edir. Ermənistana burada danışıqlara davam etməsi və əməl etməsi, eləcə də Vyana və Peterburq razılaşmalarının əsasında əvvəlcə iki, sonra isə Azərbaycanın işğal edilmiş beş rayonunu qaytarması üçün məcburedici təsirlər həyata keçirilməlidir. Biz tez-tez erməni tərəfindən eşidirik ki, Qarabağın statusu haqqında diskussiya olmadan ətraf rayonlar işğaldan azad edilməyəcək. Lakin burada iki problemi bir-birindən ayırmaq lazımdır. Əvvəlcə torpaqlar azad edilməli, sonra isə Qarabağın statusu ilə bağlı diskussiya olmalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv