Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Ermənilər Cəbrayılda yeni kilsə açdılar

<b>Ermənilər Cəbrayılda yeni kilsə açdılar</b>

Ermənilər Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunun Mexakavan kəndində Müqəddəs Məryəm kilsəsinin açılış mərasimini təşkil ediblər

Axar.az erməni mediasına istinadla xəbər verir ki, yeni kilsə Qriqor Movsisyanın vəsaiti hesabına tikilib. Açılış mərasimində həmçinin Ermənistan Silahlı Qüvvələrinin dini lideri Vrtanes Abramyan, Qarabağ separatçılarının “general-mayoru” Vardan Balayan da iştirak edib.
Açılış mərasiminin sonunda kilsənin tikilməsini maliyyələşdirən Movsisyana Erməni kilsəsinin Müqəddən Nerses Şnorali ordeni verilib.
Qeyd edək ki, bu, işğal altında olan və Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Azərbaycan torpağında ermənilərin tikdiyi ilk kilsə deyil.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv