Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Yeni Üfüq” Göyçayda növbəti tədbirini keçirdi

<b>“Yeni Üfüq” Göyçayda növbəti tədbirini keçirdi</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirləri uğurla davam etdirir

Birlikdən BayMedia.az-a verilən məlumata görə, təşkilat növbəti tədbirini Göyçay rayonunda keçirib.
Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında keçirilən tədbirdə çıxış edən ictimai birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir:
“Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Unutmamalıyıq ki, ölkəmizdə İslam həmrəylinin mühafizə olunması birlik və bərabərliyimizin ən yüksək səviyyədə qarantiyasıdır”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir:
“İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır. Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Ölkəmizdə İslam həmrəyliyinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunmasına ən gözəl töhfədir”.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, QMİ-nin Göyçay və Ucar rayonları üzrə nümayəndəsi Seyid Rəsul Kazımov, rayon ağsaqqalları, dini icma sədrləri və gənclər iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv