Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SOSİAL

Mənə bir hərf öyrədənin köləsi olaram - Video

<b>Mənə bir hərf öyrədənin köləsi olaram - Video</b>

Bu gün Ümumdünya Müəllimlər Günüdür

Kult.az xəbər verir ki, YUNESKO və Beynəlxalq Əmək Təşkilatının 1966-cı il oktyabrın 5-də birgə keçirdiyi konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.
Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməkdir. Müəllim insanın fərd kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində müstəsna rola malikdir. Tarixin müxtəlif dövrlərində dahilərin müəllimlər haqda dediyi bu fikirlər həmin peşə sahiblərinin insan həyatında necə mühüm rol oynadığını aydın göstərir:
Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər (M.K.Atatürk).
Mənə bir hərf öyrədənin köləsi olaram (Həzrət Əli).
Atam məni bu dünyaya gətirib, amma müəllimim mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib (Aristotel).
Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz (Sokrat).
Ümumdünya Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Müəllimlər Günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Azərbaycanda bu peşə bayramı hər il 5 oktyabrda qeyd olunur.
Bu müqəddəs adı şərəflə daşıyan hər bir müəllimi təbrik edirik!











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv