Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

XİN-dən ermənilərin Cəbrayılda kilsə açmasına - Reaksiya

<b>XİN-dən ermənilərin Cəbrayılda kilsə açmasına - Reaksiya</b>

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişmək cəhdləri və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır

Bu sözləri XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.
“Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsənin tikilməsi qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır.
Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər digər səmavi dinlər kimi sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır.Ermənistanın bu təxribatçılıq əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq” – H.Hacıyev bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıb. Kilsənin açılış mərasimində iştirak edən yepiskop Vrtanes Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv