Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
SOSİAL

Temperatur yenə qalxır - Proqnoz

<b>Temperatur yenə qalxır - Proqnoz</b>

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-19° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12°, gündüz 16-21° isti, dağlarda gecə 1-4°, gündüz 6-11° isti olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv