Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SOSİAL

Bakıda Beynəlxalq Təhsil Sərgisi – Nazir danışdı

<b>Bakıda Beynəlxalq Təhsil Sərgisi – Nazir danışdı</b>

Bu gündən Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisi başlayıb

Sərginin açılış mərasimində çıxış edən Təhsil naziri Mikayıl Cabbarov sərgidə son illər nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanlarının sərgiləndiyini bildirib.
Nazir vurğulayıb ki, bu sərgi 11 ildir keçirilən beynəlxalq təhsil sərgisində iştirakçıların sayına görə rekord hesab edilə bilər.
“Bu dəfəki sərginin devizinin - “insan kapitalı sərvətimizdir” seçilməsi təsadüfi deyil. Məqsəd bu gün dünyada insan kapitalının ən dəyərli sərvət hesab edilməsinə diqqət çəkməkdir. 4 il əvvəl ölkə Prezidenti Təhsilin İnkişafına dair Dövlət Strategiyasını təsdiq edib. Həmin strategiya o vaxtdan təhsil sistemində fəaliyyətin əsas istiqamətverici sənədinə çevrilib. Ölkələrin iqtisadi yüksəlişi məhz insan kapitalı hesabına əldə edilib. Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar hər bir ölkənin intellektual potensialının əsasını təşkil edir”, - nazir bildirib.
Təhsil naziri son illər təhsil sahəsində həyata keçirilən tədbirlərdən də danışıb:
“Son 13 ildə ölkəmizdə 3 mindən çox məktəb təmir edilib və yenidən tikilib, məktəblərin maddi tezniki bazası yenilənir. Görülən tədbirlər çərçivəsində xüsusilə pulsuz dərsliklərlə təminatı, elektron resursları vurğulamaq istərdim. Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində daim tədbirlər görülür, müəllimlərin əmək haqqının artırılması istiqamətindəki addımları xüsusi vurğulamaq istərdim. Ali təhsilə çıxışın genişləndirilməsi siyasəti həyata keçirilir. Bu il ölkəmizin ali təhsil müəssisələrinə rekord sayda - 37500-ə yaxın tələbə qəbul olub. Dünya reytinq cədvəlində Azərbaycanın mövqeyi 12 indikatordan 9 indikatora yaxşılaşıb. Ali təhsil pilləsi üzrə 10 pillə irəliləyərəlk 68-ci yerdə, innnovasiya üzrə 11 pillə irəliləyərək 30-cu yerdə qərarlaşıb”.
Qeyd edək ki, 6-8 oktyabr tarixlərində təşkil ediləcək sərgi təhsil xidmətləri üzrə ən böyük tədbirdir. Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, və digər stendlər təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq.
Sərgidə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv