Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

İlham Əliyev bununla bağlı tapşırıq verdi – Əli Həsənov

<b>İlham Əliyev bununla bağlı tapşırıq verdi – Əli Həsənov</b>

Bugünkü toplantı cənab prezidentin tapşırığı ilə keçirilir. Məqsəd qloballaşma, transmilliləşmə prosesində Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı işlərin həyata keçirilməsidir

Bu sözləri İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunması və inkişafında KİV-in rolu” mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdəki çıxışında deyib. Ə.Həsənov bildirib ki, hər bir xalqın dili onun milli xəzinəsidir:
“Dil həmçinin mədəni, elmi inkişafa xidmət göstərən vasitədir və milli inkişafda mühüm rol oynayır. Dövlət dilinin qorunması mühüm əhəmiyyət kəsb edir.
Ümumilli lider Heydər Əliyev deyirdi: “Millətin milliliyini ən birinci təsdiq edən onun ana dilidir”. Dilimiz dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, onun əsas dayağıdır. Azərbaycan dili müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin əsas ünsiyyət vasitəsidir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bir vaxtda Moskvanın təzyiqlərinə baxmayaraq, məhz onun prinsipial mövqeyi sayəsində Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlət dili kimi təsdiq edildi. Həmin dövrdə mətbuatın və dilin inkişafı üçün mühüm işlər görüldü. Bu gün onun dillə bağlı siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir”.
Qeyd edək ki, konfransda dilçi alimlər, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Nizami Cəfərov, tanınmış yazıçılar Kamal Abdulla, Aqil Abbas, xalq şairi Sabir Rüstəmxanlı və media nümayəndələri iştirak edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv