Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
TÜRK DÜNYASI

Atatürk Qərbin planını necə məhv etmişdi

<b>Atatürk Qərbin planını necə məhv etmişdi</b>

Bölgədə marağı olan güclərin beynəlxalq hüquq nöqteyi-nəzərindən əhəmiyyətini itirmiş bir müqaviləni təkrar gündəmə gətirmələri və ya ona istinad etmələri şübhəsiz ki, yersizdir

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu Bərzaninin öz çıxışlarında tez-tez müstəqil kürd dövlətinin yaradılması üçün Qərbin Sevr müqaviləsində onlara söz verdiyini bildirməsinə münasibət bildirərkən deyib.
Analitik xatırladıb ki, Sevr anlaşması Birinci Dünya Müharibəsindən sonra müttəfiqlərlə Osmanlı arasında 10 avqust 1920-ci ildə bağlanıb:
"Bu razılaşma tamamilə türk dövlətinin maraqlarına qarşı idi və qarşıya qoyulan başlıca hədəf Osmanlını parçalamaqla yanaşı, gələcəkdə onun ərazilərində müxtəlif dövlətlər yaratmaq idi. Müqavilənin 62 və 64-cü maddələri ingilis, italiyan və fransız təmsilçilərindən ibarət komissiyanın Fərat çayının şərqində kürd bölgəsəl idarəçiliyi qurmağı özündə ehtiva edirdi. Həmin maddələrə əsasən, kürdlər istəsələr, bir il sonra Millətlər Cəmiyyətinə müstəqillik üçün müraciət edə bilərdilər. “Sevr”, artıq yüz ilə yaxın müddət idi ki, onsuz da dağılmaqda olan Osmanlı İmperiyasının Vilsonun 14 maddəsi üzrə milli-dövlətlərə bölünməsi planı idi. Bununla müttəfiqlər əslində Yaxın Şərqin şəklini öz maraqları və hədəflərinə uyğun olaraq dəyişməyi qarşılarına məqsəd qoyurdular".
Analitik qeyd edib ki, bu mənada Türkiyədə başlayan milli qurtuluş necə “Sevr zehniyyətinə” qarşı gələn və bununla da əslində ondan güc alan bir müqavimət sistemi idisə, “Sevr”də Milli Mücadilə zehniyyətinə qarşı qoyulan bir sistem idi:
"Təsadüfi deyil ki, müqavilə imzalandığı dönəmdə davam edən Qurtuluş Savaşının nəticəsində türklər qalib gəldilər və bu anlaşmanın yerinə 24 iyul 1923-cü ildə Lozanna müqaviləsi imzalandı. Bununla da “Sevr” öz hüquqi keçərliyini itirmiş oldu”.
Qeyd edək ki, sentyabr ayının 25-də İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. İraq Kürd Muxtar vilayətinin lideri Məsud Bərzani tez-tez öz çıxışlarında “müstəqil” Kürdüstan dövlətinin yaradılması ilə bağlı ideyanın hələ 1920-ci ildə imzalanan “Sevr” müqaviləsində qeyd olunduğunu xatırladır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv