Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

İrəvan acizdir: Generaldan mühüm gediş

<b>İrəvan acizdir: Generaldan mühüm gediş</b>

Belarus üçüncü ölkədir ki, KTMT üzvü olmasına baxmayaraq, Azərbaycanla sıx hərbi əməkdaşlığa maraq göstərir

Bu sözləri Axar.az-a Müdafiə naziri Zakir Həsənovun Belarusa səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert müdafiə nazirinin Belarusa səfərinə onun bundan öncəki Polşa və İsrail səfərlərinin davamı kimi baxır:
“Hazırda dünya bazarı çox zəngindir. Müdafiə naziri də bu hərbi bazarlarla, orada nümayiş olunan texnikalarla və onların döyüş keyfiyyətləri ilə şəxsən maraqlanır. KTMT üzvü olmasına baxmayaraq, Belarus üçüncü ölkədir ki, Azərbaycanla sıx hərbi əməkdaşlığa maraq göstərir. Azərbaycan Rusiya və Qazaxıstanla mövcud hərbi əməkdaşlığını Belarusla da qurmaq niyyətindədir. Beləliklə, ölkəmiz sözügedən ölkələrin təkcə siyasi deyil, eyni zamanda, vacib hərbi-texniki tərəfdaşına çevrilir”.
Politoloq belə vəziyyətdə Ermənistanın çox aciz göründüyünü qeyd edib:
“Çünki İrəvanın təklif etməyə nəyisə yoxdur. Ermənistan Belarus və Qazaxıstan üçün maraqlı bazar deyil. Ancaq Azərbaycanla hərbi əməkdaşlıq hər iki ölkəyə yeni dividentlər vəd edir. Belarus çox gözəl başa düşür ki, Azərbaycan heç bir halda KTMT-yə təhlükə törətmir və Ermənistana olan “təhlükələr” birbaşa təşkilata şamil oluna bilməz”.
Qeyd edək ki, Azərbaycan Müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da Belarusa səfər edərək bu ökənin prezidenti Aleksandr Lukaşenkoyla görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv