Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Yeni iqtisadi artım dövrü başlayır: 2018-ci ildə...

<b>Yeni iqtisadi artım dövrü başlayır: 2018-ci ildə...</b>

2017-ci ilin doqquz ayının yekunlarına diqqət yetirsək görərik ki, ən pozitiv məqamlardan biri qeyri-neft sektorundakı artım tempinin qorunub saxlanılmasıdır. Bu, əslində, çox vacibdir

Bunu Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, iqtisadiyyatın xüsusən də qeyri-neft sektoru üzərində fomalaşması və bu sektordakı artım hesabına inkişafı dayanıqlılıq baxımından çox vacibdir:
“Üç rübün yekunları göstərir ki, doqquz ayda Azərbaycanda qeyri-neft sektoru 3,1, aqrar sektor 2,8 faiz, xarici ticarət dövriyyəsi isə 7 faiz artıb. Diqqət çəkən əsas məqamlardan biri məhz Azərbaycanın valyuta ehtiyatlarının artmasıdır. Bu artım tempinin davam etməsi isə Azərbaycanın valyuta ehtiyat strukturunun keyfiyyətli olması deməkdir. Valyuta ehtiyatlarının 4,5 milyard dollar artması neftin dünya bazar qiymətinin aşağı olduğu və neft satışından gəlirlərimizin azaldığı bir dövrdə müsbət haldır. Bu həm də iqtisadiyyatın maliyyə təminatı baxımından vacibdir. Nəzərə alsaq ki, 2018-ci il prezident tərəfindən daha sürətli iqtisadi artımın bərpa ediləcəyi il kimi elan olunub. Bu kontekstdə valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanılması və ölkənin daha çox valyuta ehtiyatlarına malik olması çox mühümdür. Valyuta ehtiyatlarının artması həm də büdcə konsultasiyası siyasətinin davam etdirilməsi ilə bağlı idi ki, bu da vacib islahatlardan biridir. Bu, xərclərin yeni gəlirlərə, bütövlükdə neftin dünya bazar qiymətinin yeni səviyyəsinə uyğunlaşdırılması və iqtisadiyyatın yeni transformasiya dövrünün həyata keçirilməsi ilə bağlıdır. Bu ondan xəbər verir ki, iqtisadiyyatın yeni qiymətə uyğunlaşması prosesi uğurla başa çatır və artıq Azərbaycan iqtisadiyyatının xərclər və gəlirlərinin uyğunlaşdırılması müşahidə edilməkdədir”.
İqtisadçının fikrincə, 2017-ci ilin doqquz ayının yekunu növbəti illər üçün nikbinlik formalaşdırır:
“Qeyri-neft sektorundakı artım tempi növbəti illərdə neftdən asılılığın aradan qaldırılması üçün zəmin formalaşdıracaq. Üstəlik, 2018-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu, 2019-cu ildə TAP və TANAP layihəsi istifadəyə veriləcək. Bu fonda Azərbaycan praktik olaraq dövlət gəlirlərinin artımı baxımından gələn ildən yeni mərhələyə qədəm qoymaq imkanlarına malikdir. Beynəlxalq maliyyə qurumları 2019-cu ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faizə yaxın artacağını proqnozlaşdırırlar. Bu da ondan xəbər verir ki, 2017-ci ildəki stabillik həm də növbəti illərdə iqtisadi artımın bərpa edilməsinə zəmin yaradır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv