Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Referendum tarixə qovuşur: Qarabağın həlli yaxınlaşır

<b>Referendum tarixə qovuşur: Qarabağın həlli yaxınlaşır</b>

Dünyada gedən proseslər böyük güclərin Dağlıq Qarabağ məsələsinin həllinə marağını artıracaq

Bunu Axar.az-a açıqlamasında “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Ekspert bildirib ki, Avropada böyük əks-səda doğuran Kataloniya hadisələri Azərbaycana siyasi əsaslar verir:
“Kataloniya prosesləri Dağlıq Qarabağ konfliktinin həlli irəli sürülərkən zaman-zaman Avropanın ermənilərin xeyrinə gündəmə gətirdiyi “xalqların öz müqəddəratını təyinetmə prinsipi”ni yerlə-yeksan etdi. Avropa Birliyi çox ciddi sual qarşısındadır. Maraqlıdır, Dağlıq Qarabağda yaşayan 30-40 min erməninin müqəddəratından bəhs edən Avropa ikinci dövləti olmayan və terrora əl atmayan 7 milyonluq katalonların müqəddaratını niyə tanınmır? Zənnimcə, dünyada gedən bu proseslər böyük güclərin Dağlıq Qarabağ məsələsinin həllinə marağını artıracaq. Bu fonda Azərbaycanın diplomatik mövqelərinin gücləndiyini söyləmək olar”.
Ekspert ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünə də toxunub:
“Həmsədrlərin ümidverici fikirləri və mətbuata sızdırılan bəzi məlumatlar onu göstərir ki, Dağlıq Qarabağla bağlı nizamlama prosesində irəliləyiş var. Artıq status-kvonun uzadılması qəbuledilməzdir. Əslində, prezidentlərin görüşünün təşkili Azərbaycan diplomatiyasının uğurudur. Çünki Ermənistan hər vəchlə danışıqları əngəlləməyə çalışır. Bütün proseslər Bakının xeyrinə inkişaf edir. Katalonların müstəqilliyini qəbul etməyən Qərb indi hansı yolla danışıqlar məsələsində ermənilərin referendumunu müdafiə edə bilər? Bu fonda qarşıda prezidentlərin görüşü ümumi mənzərəni müsbət mənada dəyişə bilər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv