Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

Bu cür ödənişlərə endirim tətbiq olunarsa... - Ekspert

<b>Bu cür ödənişlərə endirim tətbiq olunarsa... - Ekspert</b>

Bir çox xarici ölkə banklarında valyutanın nağdlaşdırılma faizi artırılır

Hazırda bizdə valyuta nağdlaşdırılmasına 1-2 faiz tətbiq olunursa, digər ölkələrdə bu, 5-6 faiz təşkil edir. Belə olan halda həmin ölkələrin vətəndaşları nağdsız ödənişlərə üstünlük verirlər.
Bu sözləri Axar.az-a nağdsız ödənişlərin inkişafını ləngidən amillərdən danışan bank mütəxəssisi Sənan Həsənov deyib. O bildirib ki, nağdsız ödənişlərin inkişafını sürətləndirmək üçün insanları bunun faydaları barədə məlumatlandırmaq və sistemə müxtəlif əlavələr etmək lazımdır:
“Bu gün problem ondan ibarətdir ki, nağd və nağdsız ödənişlər arasında o qədər də böyük fərq yoxdur. Bu maneləri aşmaq üçün fərqləri formalaşdırmaq lazımdır. Belə olan halda nağdsız ödənişlər daha sürətli şəkildə inkişaf edəcək. Nağdsız ödənişlərin stimullaşdırılması çox vacibdir. Düzdür, bu gün mağazalarda nağdsız ödəmələr 0 faizlədir. Amma bundan əlavə həmin ödənişlər zamanı mağaza tərəfindən bonusların verilməsi də çox önəmlidir. Digər bir məsələ isə həmin ödəmələrin dövlət tərəfindən stimullaşdırılması amilidir. Nağdsız formada qəbul olunan ödəmələrdə hansısa bir endirimlər və ya vergi güzəştləri tətbiq etmək nağdsız ödənişlərin inkişafına təkan verə biləcək amillərdəndir. Bu da ticarət mənqələrini və iaşə obyektlərini maraqlandıracaq və onlar da alış-verişdə ödəmələrin nağdsız şəkildə aparılmasında mühüm rol oynayacaq. Belə addımlar atılarsa, nağdsız ödənişlər sürətlə inkişaf edəcək”.
Qeyd edək ki, Azərbaycanda nağdsız əməliyyatların bu ilin yanvar-avqust ayları ərzində ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Belə ki, həmin dövr ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 696 milyon manat həcmində əməliyyatlar həyata keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv