Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

Moskva-Bakı-Tehran formatında maraqlarımız... – Şərh

<b>Moskva-Bakı-Tehran formatında maraqlarımız... – Şərh</b>

Əslində, belə görüşlər bölgədə sülhün, sabitliyin və əməkdaşlığın inkişafın xidmət edir

Hər üç ölkə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sisteminin yaradılmasına çalışmalıdır. Azərbaycan üçün bunun əhəmiyyəti çox böyükdür. Ölkəmiz hər zaman bu istiqamətdə əməkdaşlığa hazırdır. Çünki Azərbaycanın xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib.
Millət vəkili hesab edir ki, Azərbaycan-Rusiya-İran prezidentlərinin Tehranda gerçəkləşəcək gürüşü bir sıra mühüm perspektivlər vəd edir:
“Bu, əsasən iqtisadi və nəqliyyat sahəsi ilə bağlı olacaq. Əslində ən mühüm məsələrdən biri də indiki dönəmdə Rusiya-Azərbaycan-İran formatıdır ki, bu sistemin də formalşması Bakının maraqlarına uyğdur”.
A.Mollazadə Tehranda baş tutacaq ikitərəfli görüşlərə də münasibət bildirib:
“Təbii olaraq Azərbaycanın bugünkü siyasətinin əsasını Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Hesab edirəm ki, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsi ön planda olacaq”.
Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü noyabrın 1-də Tehranda baş tutacaq. Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv