Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Moskvadan Bakıya mesaj: “Bu boru kəmərləri...”

<b>Moskvadan Bakıya mesaj: “Bu boru kəmərləri...”</b>

Xəzərdə boru kəmərlərinin tikilişi zamanı anlamaq lazımdır ki, bu ətraf mühitə hansı təsiri göstərəcək

Axar.az xəbər verir ki, bunu Soçidə Gənclər və Tələbələrin Beynəlxalq Festivalında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“Qara dənizdən fərqli olaraq, Xəzərdə dəniz mühiti çox kövrəkdir. Ona görə, bu cür boru kəmərləri haqqında düşünməzdən əvvəl onun ətraf mühitə necə təsir edəcəyi üzərində işləmək lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, Transxəzər qaz kəməri layihəsi Qazaxıstan və Türkmənistan neftinin Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə uzun illərdir reallaşmır. Bu layihənin ən böyük əleyhdarları Rusiya və İran sayılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv