Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Sərkisyan Əliyevlə görüşdən danışdı: elə sözlər dedi ki…

<b>Sərkisyan Əliyevlə görüşdən danışdı: elə sözlər dedi ki…</b>

Ermənistan Prezidenti Serj Sərkisyan dünən Ermənistanın İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb

Bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə icma üzvlərinə məlumat verib:
“Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüşümüz başa çatdı. Hansısa konkret razılaşma yoxdur. Biz razılaşmışıq ki, ön xətdə qurbanlardan qaçmaq üçün gərginliyin böyük ölçüdə azaldılması üçün tədbirlər görək. Azərbaycan prezidenti və mən bu işdə çox maraqlıyıq”.
Buna baxmayaraq, Qarabağda sakitlik istədiyini söyləyən Sərkisyan yenə də separatist fikirlərindən əl çəkməyib. Sərkisyanın çıxışından anlaşılan əsas məsələ onun heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olmamasıdır. Sərkisyan icma qarşısındakı çıxışında açıq-aşkar Qarabağı müstəqil görmək istəməsini deməsi ilə həm də Cenevrədə, özünün dediyi kimi, “əldə olunmuş” razılaşmanı ayaq altına altmış oldu.
“O da (İlham Əliyev – red.) mənim kimi problemin çətinliyini anlayır, lakin problem elədir ki, onu asan həlli olmayacaq. Bir məsələdə istərdim ki, əmin olasınız. Bizim üçün Qarabağın təhlükəsizliyinə zərər vuracaq hər hansı qərar mövcud deyil. Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik, paralel olaraq Ermənistanı iqtisadi cəhətdən də inkişaf etdirəcəyik”, - Sərkisyan bildirib.
Sərkisyan bu çıxışla faktiki olaraq danışıqların hər hansı pozitiv nəticə verəcəyi barədə ehtimalları indidən şübhə altına almış oldu. Çünki beynəlxalq prinsiplərə uyğun olaraq, Azərbaycan konfliktin birmənalı olaraq ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir və bunun üçün lazım gələrsə, bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. Ermənistan liderinin Dağlıq Qarabağı “Azərbaycandan kənarda”, “müstəqil” görmək istəyində israrı isə sülh danışıqlarının perspektivini sual altına qoyur.
Belə olduqda isə işğalçının işğal etdiyi ərazilərə göndərdiyi əsgərlərinin “təhlükəsizliyini təmin etmək” arzusu elə arzu olaraq da qalacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv