Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
MƏDƏNİYYƏT

Xalq şairi: “Gözümüzün yaşını saxlaya bilmirdik”

<b>Xalq şairi: “Gözümüzün yaşını saxlaya bilmirdik”</b>

Hər kəsin həyatında sevgiylə, ailə qurmaqla, təhsillə, övladlarla bağlı unudulmaz günlər var

Kult.az xəbər verir ki, bu sözləri xalq şairi, 1988-ci il Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı Müstəqillik Günü ilə bağlı qeyd edib:
“İlk baharda kütləvi surətdə müstəqilliyin əleyhinə səs vermiş xalqın və 360 deputatından yalnız 43-nün müstəqillik yolunu seçmiş Ali Sovetin bizlərin yorulmadan çalışmağımız və şəraitin diktəsi ilə son baharda tam əks mövqedən çıxış etməsini böyük tarixi qələbə sayıram və Müstəqillik Aktını qəbul etdirdiyimiz günü ən xoşbəxt günüm hesab edirəm. O vaxtlar Məclisdə bu tarixi sənədi qəbul etdirən Müstəqil Azərbaycan deputat blokunun həmsədri idim. Neçə günlük mübahisədən sonra istəyimizə çatanda sevincimizdən gözümüzün yaşını saxlaya bilmirdik”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Xalq Hərəkatı ilk növbədə Qarabağın Azərbaycandan qoparılmasına qarşı başlanmışdı və Sovetlər də bu hərəkatların nəticəsində dağıldı:
“Müstəqillik xalqın var olmağının, şərəf və ləyaqətini qorumağının, inkişafının əvəzsiz yoludur. Bunu dəyərləndirmək və qorumaq hər bir vətəndaşın, ilk növbədə, iqtidarın borcudur. Azərbaycan xalqını və müstəqillik uğrunda mübarizədə xidməti olanları bu böyük bayram münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv