Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

“Xalqdan bunu istəmək siyasi korluqdur”

<b>“Xalqdan bunu istəmək siyasi korluqdur”</b>

Bəzi siyasətçilər arada 1988-90-cı illərdə Azadlıq Meydanında yüzminlərlə insanın iştirak etdiyi mitinqlərin fotosunu paylaşaraq sual verirlər ki, bəs bu xalq hanı, niyə etiraz etmir? Hanı o yüzminlər?!

Bunu REAL-ın icra katibi Natiq Cəfərli özünün Feysbuk hesabında yazıb.
“Həmin insanlar anlamırlar ki, xalq onlardan ağıllı və praqmatikdir, müstəqillik hərəkatı, öz bayrağına qovuşmaq istəyi o qədər ülvi, o qədər güclü idi ki, insanları meydanlara topladı. Yəni müstəqillik ən vacib hədəf idi - xalq o hədəfə çatdı.
Öz müstəqil dövlətini qurmaq hədəfinə çatmış xalqdan eyni güc, istək və say ilə daxili problemlərin həllində meydanlara çıxmasını gözləmək siyasi korluqdur. İnsanlarımız siyasi qurumlarımızdan daha irəlidədirlər, “o zaman xalq meydanlara niyə çıxdı, indi çıxmır” sualına çoxdan cavab tapıblar.
Müstəqillik günümüz mübarək!”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv