Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
TÜRK DÜNYASI

Viza böhranı həll olunur? – Vaşinqtonun 4 şərti

<b>Viza böhranı həll olunur? – Vaşinqtonun 4 şərti</b>

ABŞ nümayəndə heyəti Türkiyə ilə viza probleminin həlli üçün 4 şərt irəli sürüb

Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, ABŞ-ın Ankara qarşısında qoyduğu ilk şərt həbs olunan konsulluq əməkdaşı Mətin Topuzla bağlı sübutların Vaşinqtona təqdim edilməsidir. Rəsmi Vaşinqton Ankaradan həmçinin təmasların ABŞ-ın istəyi ilə olub-olmamasının öyrənilməsini, rəsmi Vaşinqtonun tapşırığı ilə qurulan təmaslara görə işçinin həbs edilməməsini və işçilərə dair istintaq aparılarkən ABŞ tərəfinə məlumat verilməsini tələb edib.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuz “Gülən işi” istintaqı çərçivəsində həbs edilib. Bundan sonra hər iki ölkə viza verilməsini qarşılıqlı qaydada dayandırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv