Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb

<b>İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb</b>

İspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb

Görüşdə Azərbaycan və İspaniya arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib.
Azərbaycan ilə İspaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, İspaniya Səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanın həyata keçirilməsində xüsusi töhfə verə bilər. Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib. Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm, aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq, çay və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli əməkdaşlıq, investisiya imkanları ilə bağlı daha əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib.
Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.
İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr son illər daha da fəallaşmağa başlayıb. O bildirib ki, bügünədək Azərbaycan ilə İspaniya arasında iqtisadi yönümlü dövlət və özəl qurumlarının, yerli şirkətlərinin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə bir sıra təmaslar qurulub, iki ölkə arasında işgüzar səfərlər keçirilib. Odur ki, ölkəmizdə fəaliyyət göstərəcəyi müddətdə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da genişlənməsi üçün səylə çalışacaq. İspaniyalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin həyata keçirilməsində, bu sahədə ixtisaslaşmış İspaniya şirkətlətinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduqlarını da dilə gətirib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə, gələcəkdə daha fəal əməkdaşlıq edəcəklərinə dair vəd verib.
Daha sonra İspaniya şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılığa gəlinib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv