Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

<b>Azərbaycan-Avstraliya biznes forumu keçirilib</b>

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət Evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib, ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.
Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.
Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv