Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
DÜNYA

Putinin “rəqibi” Sobçak zərərli və murdar iş görür - Şenderoviç

<b>Putinin “rəqibi” Sobçak zərərli və murdar iş görür - Şenderoviç</b>

Rusiyalı teleaparıcı Kseniya Sobçak Rusiya Prezidenti Vladimir Putinə 2018-ci ildəki prezident seçkisində qələbə qazanmağa yardım edəcək

Bunu “Dojd” televiziyasına müsahibəsində rusiyalı yazıçı Viktor Şenderoviç söyləyib. Onun sözlərinə görə, Kreml Sobçak vasitəsilə dünyaya Rusiyada müxalifətin olması və hökumətin onunla rəqabətdən qorxmadığını nümayiş etdirməyə çalışır:
“Sobçak seçkidə iştirak etməklə həm də Navalnıya mane olmaq istəyir. Sobçak, ümumiyyətlə, özünün çox yaxşı tanışı olan Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmağı hədəfləmir. Sobçak siyasi baxımdan zərərli, insani baxımdan isə murdar iş görür”.
Qeyd edək ki, Kseniya Sobçak dünən prezident seçkisində iştirak etmək istədiyini açıqlayıb. Sobçak Putinin müəllimi sayılan Anatoli Sobçakın qızıdır.
Gələnilki seçkidə Putinin əsas rəqibi Aleksey Navalnı sayılırdı. Rusiya mətbuatı Kremlin artıq onu seçkiyə buraxmamaq haqqında qərar qəbul etdiyini bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv