Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

“DADP öz siyasi xəttinə, kursuna həmişə sadiq qalacaq“

<b>“DADP öz siyasi xəttinə, kursuna həmişə sadiq qalacaq“</b>

Dünən Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) haqqında bir neçə saytda anonim mənbəyə istinadən xəbər dərc edilib. Həmin xəbərdə guya partiyanın dağıldığı, sədri Fatma Əliyevanın partiyanı satmaq istədiyi və s. böhtan xarakterli iddialar yer alıb.
Buna cavab olaraq DADP sədri F.Əliyeva bildirib ki, yazılanlar onların fəaliyyətinə kölgə salmaq niyyətidir. Partiya sədri qeyd edib ki, DADP heç vaxt müxalifət düşərgəsi ilə danışıqlara getməyib və bundan sonra da getməyəcək: “Bizim bir siyasi yolumuz və hədəfimiz var. Bu iqtidarın siyasətini dəstəkləmək və Azərbaycanın müstəqillyini, suverenliyini qorumaqdır. DADP heç vaxt bu yoldan dönməyəcək. Düzdür, bəzi qüvvələr bizim siyasətimizi dəyişdirmək niyyətindədir, hətta bununla bağlı bizə təkliflər də edilib. Amma bunları qəbul etməmişik. Ümummilli liderimiz Heydər Əliyevin siyasətini, ideyalarını sonadək dəstəkləyəcəyimizə söz vermişik və sözümüzün də arxasında durmuşuq”.
F.Əliyeva DADP-nin dağılmadığını da deyib. Onun sözlərinə görə, partiyanın müvəqqəti qərargahsız olmağını dağılmaq və ya parçalanmaqla əlaqələndirmək düzgün deyil: “Azərbaycanda çox partiyanın qərargahı yoxdur. O cümlədən bizim də. Bu da müvəqqətidir, əvvəllər qərargahlarımız olub. İndi devalivasiya bizim də maliyyə imkanlarımızı məhdudlaşdırıb. Amma yeni ildən yeni qərargaha köçməyimizi planlaşdırmışıq. Partiya sıralarından isə heç kəs heç yerə getməyib. Bütün rayon təşkilatları və partiyanın rəhbərliyi öz yerindədir”.
Partiya sədri növbəti qurultaya hazırlaşdıqlarını da deyib: “Başımız bu işə qarışıb. Nizamnaməyə əsasən qurultayımızı keçirməiyik, rayon təşkilatlarında qurultaya hazırlıqla bağlı işlərimizi yekunlaşdırmaq üzrəyik. Bu ilin sonu, ya da yeni ilin ilk aylarında qurultayımızı keçirib, partiyanın rəhbər strukturlarında yenidən təşkilatlanmanı qərara almışıq”.
F.Əliyeva sonda onu da bildirib ki, onun və DADP haqqında böhtan xarakterli məlumatların yayılmasında bir məqsəd var: “Partiyanın nüfuzuna, imicinə zərbə vurmaq və bizi düz yoldan yayındırmaq. DADP-nin zəngin və böyük tarixi var, Azərbaycan siyasi arenasında öz çəkisi olan bir siyasi qurumdur. Bu qurumu zəiflətmək istəyən qüvvələrin arzusunu heç bir zaman reallaşmayacaq, buna imkan vermərik. DADP öz siyasi xəttinə, kursuna həmişə sadiq qalacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv