Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

Bakı əleyhinə səs verənlər… - Deputat

<b>Bakı əleyhinə səs verənlər… - Deputat</b>

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil etdi. Amma bu sessiya asan keçmədi

Report-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, sessiyanın bir neçə günü Azərbayana həsr olunub: “Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilmişdi? Hər şey aydındır. Avropa Şurasının özündə gedən proseslər ona deməyə əsas verir ki, bu qurum problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər”.
S.Seyidov qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır: “Sağlam qüvvələr də belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs verib. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır”.
Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səsvermələrinə də münasibət bildirib: “Münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv