Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İDMAN

İdmançılarımız olimpiadadan kənarda qala bilər - Nazir

<b>İdmançılarımız olimpiadadan kənarda qala bilər - Nazir</b>

Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər

Bu barədə Report-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".
Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".
Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv