Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

BMT-dən ədalət gözləməyə dəyməz – Millət vəkili

<b>BMT-dən ədalət gözləməyə dəyməz – Millət vəkili</b>

Millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqları və İstanbul Universitetinin birgə təşkil etdiyi “1917-ci il Sovet işğalının 100-cü ilində türk dünyasındakı müstəqillik fikri və siyasi hərəkatlar” adlı beynəlxalq simpoziumun açılışında iştirak edib

Axar.az xəbər verir ki, millət vəkili konfransda çıxışı zamanı beynəlxalq təşkilatları sərt tənqid edib.
Q.Paşayeva bütün müsəlman şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda qurulması, sovet işğalından sonra yaşanan dəhşətli faciələr, minlərlə azərbaycanlı aydının Stalin rejimi tərəfindən qətlə yetirilməsi, Azərbaycan torpaqlarının böyük bir hissəsinin zorla alınaraq Ermənistana verilməsindən bəhs edib.
O, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin “bir millət-iki dövlət düşüncəsi” ilə keçdiyi yoldan da danışıb:
“İki qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsini istəməyən bir çox qüvvələr var və onlar tez-tez müxtəlif təxribatlarla bu əməkdaşlığın inkişafına zərbə vurmaq istəyirlər. Bu cür qüvvələrə imkan verilməməli, onlara qarşı sərt mübarizə aparılmalıdır. BMT başda olmaqla, ATƏT, AŞPA neçə illərdir Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı işğalçı Ermənistana heç bir təzyiq göstərmir, Türkiyənin terrorla mübarizəsinə heç bir ciddi dəstək vermirlər. Artıq onlardan ədalət gözləməyə dəyməz. Ona görə də bizə qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə qarşı daha güclü mübarizənin yolu güclü olmaqdan və bərabərlikdən keçir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv