Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Emin göz yaşlarını saxlaya bilmədi – Video

<font color=red><b>Emin göz yaşlarını saxlaya bilmədi – Video</b></font>

Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədilik” mahnısının dahi musiqiçinin 75 illiyinə həsr olunmuş konsert zamanı ifasına göz yaşlarını saxlaya bilməyib

Mahnını Emin Ağalarovla birlikdə Tamara Qverdçiteli, Sergey Volçkov, Aleksandr Panayotov da ifa ediblər.
Başa düşüləndir, Emin həmişə Müslüm Maqomayevə böyük sevgi ilə yanaşıb. Çünki Ağalarovlar Maqomayevlərlə artıq 3 nəsildir ki, dostluq edirlər.
Kult.az E.Ağalarovun “Moskva-Bakı” portalına müsahibəsini təqdim edir:
- Müslüm Maqomayev üçün darıxırsınız?
- Onun üçün çox darıxıram. O, həmişə mənimlədir: konsertlərimdə, yolda, repertuar və stil seçimimdə. Onun nümunəsi məni musiqi xətti ilə aparır. Hərdən həyat yoldaşı Tamara Sinyavskaya ilə mənə elə gəlir ki, o, indi də hansısa formada iştirak edir, məni musiqi xətti ilə aparır.
- 35 illiyinizdə Tamara Sinyavskaya Müslüm Maqomayevə Rza Şah Pəhləvinin verdiyi üzüyü sizə hədiyyə etdi. Siz isə daha sonra həmin üzüyü “Krokus Siti Hol”da (Crocus City Hall) yerləşən Müslüm Maqomayevin xatirə muzeyinə bağışladınız...
- Bəli, üzük bundan sonra o muzeydə qalacaq. Hesab edirəm ki, Müslüm Maqometoviçin mirası bir növ xalq mülkidir. O özünü insanlara həsr eləyib. Mən də düşünürəm ki, bu doğrudur. Muzeyə onu görmək istəyən hər bir kəs gəlib baxa, o cümlədən onun əşyalarına toxuna, onlara daha yaxın ola, hiss edə bilər. Dahilər həmişə özlərindən daha çox dünyaya məxsus olurlar.
- Uşaqlarınız Müslüm Maqomayev barəsində nəsə bilirlər?
- Əlbəttə! Bilirlər ki, o dahi Azərbaycan müğənnisi və atalarının sevimli ifaçısıdır.
- Niyə bir qayda olaraq Müslüm Maqometoviçin repertuarından digər mahnılar deyil, yalnız "Möhtəşəm əbədilik" mahnısını ifa edirsiniz?
- Bəzi tematik konsertlərdə mən “Qızıl Günəş şüaları” mahnısı ifa edirəm, hərdən isə “Mənim Yolum”u (My Way). Hesab edirəm ki, Müslüm Maqomayevin bütün repertuarını istismar etmək olmaz. Buna görə də “Mavi əbədilik” mənim solo proqramımda təkdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv