Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

BAXCP qurultaya hazırlaşır

<font color=red><b>BAXCP qurultaya hazırlaşır</b></font>

Partiyanın Ali Məclisinin iclasında bu məqsədlə Təşkilat Komitəsi yaradılıb

Oktyabrın 21-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.
Azərbaycan dövlət himninin oxunmasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı iştirakçılara məlumat verib və qeyd edib ki, Ali Məclisin iclasın gündəliyinə BAXCP-nin 2018-ci ilin mayında keçirilməsi nəzərdə tutulan qurultayına hazırlıq işlərinin müzakirəsi, partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin seçilməsi və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxışı və cari məsələlər tövsiyyə olunub.
Qurultaya hazırlıqla bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərli məlumat verib. Yaşar Kələntərlinin çıxışından sonra BAXCP İdarə Heyətinin partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə təklif etdiyi namizələrin müzakirəsinə başlanılıb. Səsvermə nəticəsində BAXCP sədrinin, İdarə Heyəti, Nərkəzi Nəzarət Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib.
Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Qüdrət Həsənquliyev öncə BAXCP-nin yaranmasının 15 illiyi ilə bağlı bütün partiya üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyətə toxunan Qüdrət Həsənquliyev Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutan görüşünə münasibət bildirib: “2016-cı il aprel döyüşlərindən sonra Ermənistan danışıqlara yaxın gəlmirdi və beynəlxalq təşkilatların təzyiqi ilə yenidən masa arxasında oturmağa məcbur oldu”. BAXCP sədri bildirib ki, Ermənistanı bu məsələdə güzəştə getməyə vadar etmək üçün ölkə daxilində xalqı Sarkisyan rejiminin üstünə qaldırmaq, ya da beynəlxalq güclərin işğalçı ölkəyə təzyiqlərini artırmaq lazımdır. Əks təqdirdə Azərbaycan özü bu məsələni həll etməlidir”.
Qüdrət Həsənquliyev qeyd edib ki, 25 ildən artıq davam edən danışıqların heç bir nəticəsi yoxdur. Ona görə ki, münaqişəni belə bir vəziyyətdə saxlamaq Ermənistanın maraqlarına tam uyğundur: “Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyəti gərginləşdirməkdən, əhalini hakimiyyətin üstünə qaldırmaqdan ötrü işğalçı ordunun cəbhə xəttində öldürülən əsgərlərinin sayını artırmaq lazımdır. Əminəm ki, işğalçı orduda itkilərin sayının artması Ermənistanda ciddi qarşıdurmalara, əsgər analarının hakimiyyətə qarşı çıxışlarının kütləvi hal almasına səbəb olacaq və bu da öz növbəsində Sarksiyanı güzəştə getməyə vadar edəcək”.
Qüdrət Həsənquliyev bildirib ki, qərb Azərbaycanın işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə biləcəyi təhlükəsindən narahatdır: “Rusiya və ATƏT-in Minks qrupunun digər həmsədrləri, Avropa İttifaqı Azərbaycana ciddi təzyiqlər göstərir ki, müharibə variantından əl çəksin: “Beynəlxalq təşkilatlar bu yolla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq və Qarabağı bizə unutdurmaq niyyətindədirlər. Bu gün Azərbaycanın müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməsi mümkündür. Biz Ermənistanın arxasında dayanan Rusiyadan və yaxud da başqa dövlətdən çəkinib müharibə variantından vaz keçə bilmərik. Müharibəyə başlamaq üçün isə ilk növbədə Azərbaycan özünə güclü müttəfiqlər tapmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli açarının Rusiyada olduğunu dünya ictimaiyyəti, böyük güclər yaxşı dərk edirlər. Bu faktı birbaşa və yaxud dolayısıyla Qərb diplomatları da etiraf edirlər. Buna görə də biz Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq. Aydınlıq gətirilməlidir ki, Rusiya Azərbaycandan nə istəyir?”
BAXCP sədri edib ki, Rusiya ilə açıq danışmaq lazımdır və bu ölkənin Qarabağ münaqişəsinin ədalətli həlli müqabilində bizdən nə istədiyi aydınlaşdırılmalıdır:
“Müəyyən edilməlidir ki, nəyin, yaxud nələrin müqabilində Rusiyanın mövqeyində obyektiv dəyişikliklər baş verə bilər. Moskvanın maraqlarının dövlət müstəqilliyimiz və gələcəyimiz üçün nə dərəcədə təhlükəli olub-olmadığı müəyyənləşdirilməlidir. Əgər Rusiyanın mövqeyində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı hər hansı bir dəyişikliyin baş verməyəcəyi yəqinləşərsə, o zaman bu ölkə ilə münasibətlərdə vaxt itirməyə dəyməz. Ukrayna, Gürcüstan Rusiyaya münasibətdə siyasi kurslarını necə dəyişiblərsə, Azərbaycan da Rusiya ilə münasibətlərinə yenidən baxa bilər”.
BAXCP sədri Azərbaycan ordusunun ildən-ilə gücləndiyini, ən müasir hərbi texnika, silah-sursatla təmin edildiyini vurğulayıb: “Hesab edirəm ki, Azərbaycan Ermənistanı, onun müttəfiqlərini inandırmalıdır ki, müharibəyə hazırdır, bundan çəkinmir. Bu gün Cənubi Qafqazda müharibənin baş verəcəyini nə Rusiya, nə də Ermənistan istəyir. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə də getmirlər və inanmırlar ki, Azərbaycan müharibə variantına əl atacaq. Onları buna inandırmalıyıq”.
Qüdrət Həsənquliyev öz çıxışında sosial-iqtisadi məsələlərə də toxunub. Bildirib ki, müharibəni aparmaq üçün güclü iqtisadiyyata sahib olmaq gərəkdir, müharibəni pulla udurlar: “Ölkəmizdə neft gəlirləri hesabına çoxlu işlər görülüb. Bakı və Bakı ətrafı qəsəbə və kəndlər abadlaşdırılıb, parklar salınıb, yeni-yeni yaşayış binaları tikilib, yollar çəkilib, körpülər tikilib və s. Bundan başqa bu gəlirlər hesabına orduya müasir silahlar alınıb, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilib. Bakı-Tiflis-Qars dəmir yolu xəttini misal çəkə bilərik. İstərdik ki, belə bir xətt Naxçıvanla Türkiyə arasında da çəkilsin”.
BAXCP sədri kənd təsərrüfatı sahəsində də irəliləyişlərin olduğunu bildirib: “Amma aqrar sektordan əldə olunan gəlirlərlə kifayətlənmək olmaz. Sənayeni inkişaf etdirmək lazımdır ”.
Qüdrət Həsənquliyev bank sektorunun əhaliyə xidmətindən də narazılığını bildirib və qeyd edib ki, bankların sahibkarlara verilən kredit faizlərini qaldırması düzgün deyil: “Avropa ölkələrində 2-5 faizlə verilən kreditlər Azərbaycanda sahibkarlara 26-28 faizlə verilir. Orta sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlara dövlət təminatı ilə aşağı faizlərlə kredit verilməlidir. Bunun nəticəsidir ki, azərbaycanlılar xarici ölkələrə pul yatırırlar, amma Azərbaycana yox. Səbəb onlara dövlət təminatının verilməməsidir. Təəssüf ki, Azərbaycanda əksər hallarda sahibkarların mülkiyyət hüquqları qorunmur ”. BAXCP sədri bildirib ki, Azərbaycanda iqtisadi islahatlar intensivləşdirilməli, Neft Fondunun vəsaitləri iqtisadiyyatın inkişafına töhfə verə biləcək islahat xarakterli layihələrə xərclənməlidir.
Qüdrət Həsənquliyev təhsil sahəsinə də dövlət tərəfindən ayrılan vəsaitin həcminin artırılmasının vacibliyini vurğulayıb.
BAXCP sədri qeyd edib ki, dövlət hesabına xaricdə təhsil alan gənclərimz vətənə qayıtdıqdan sonra onların burada işlə təmininə diqqət yetirilməlidir: “Təəssüf ki, bu gün ölkəmizə lazım olan kadrlar işsizlikdən yenidən xaricə üz tutmaq məcburiyyətində qalırlar. Bu prosesin qarşısını almaq lazımdır”.
Qüdrət Həsənquliyev çıxışının sonunda bir daha vurğulayıb ki, Azərbaycanın güclü dövlətə çevrilməsinin, sahibkarlığın inkişafının, əhalinin sosial şəraitinin yaxşılaşdırmasının və hüquqlarının qorunmasının yolu islahatların aparılmasından keçir.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv