Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

“Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu”

<font color=red><b>“Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu”</b></font>


Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihə həyata keçirir

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşlığı və dəstəyi ilə “Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu” adlı layihə həyata keçirir.
Layihənin koordinatoru Əntiqə Qurbanovanın sözlərinə görə, məqsədi müxtəlif milli, dini və etnik tərkibli insanların daha çox məskunlaşdığı Zaqatala, Xaçmaz (Xudat) və Masallı rayonlarında İslamın real prinsip və dəyərlərinə zidd olan, İslama heç bir aidiyyatı olmayan, məzhəb ayrıseçkiliyi salan xurafatçılığın və fanatizm təşviqatının (məs. İslamdan sui-istifadə edərək azyaşlı qızların ərə verilməsi, nikahdankənar çoxarvadlılıq, falçılıq, qadınların reproduktiv hüquqlarının pozulması və qadına qarşı ayrıseçkilk (qadınların bütün sahələrdə hüquq və azadlıqlarının pozulması, qadına aşağı statusla baxılması), insanları xurafata və bütpərəstliyə sürükləyən, islam dəyərlərinə qarşı yönəlmiş məqsədli təbliğat xarakterli “dindarların”, ekstremist qrupların və missionerlərin fəaliyyətinin qarşısının alınması, dinindən və məzhəbindən asılı olmayaraq insan hüquqlarının (mülkü, sosial-iqtisadi, siyasi, mənəvi) qorunmasını özündə ehtiva edən müqəddəs Qurani-Kərimdə göstərildiyi kimi yarandığı andan digər monoteist dinlərə və peyğəmbərlərə qarşı öz münasibətini qarşılıqlı hörmət və ehtiram əsasında quran, qadına çox böyük dəyər verən, insanları bir-birindən ayırmayan, əksinə onlar üçün ümumi olan mənəvi, əxlaqi və bəşəri dəyərləri əsas tutaraq xalqları yaxınlaşdıran bir din olan İslamın əsl mahiyyətini, insan haqlarını, xüsusən qadına verilən yüksək dəyərləri açıqlamaq, ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına mane olan və insanların dini-mənəvi hüquqlarının pozulmasına gətirib çıxaran fanatizm və xurafatçılığa, dini ekstremizmə qarşı mübarizədə qadınların rolunun artırılması yönündə maarifləndirilməsidir.
Qeyd edək ki, oktyabrın 19-da Xaçmaz rayonunun Xudat şəhərində qadınlar arasında layihə çərçivəsində təlim-seminar keçirilib. Təlim-seminarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnarə Kərimova, komitənin regional nümayəndəsi, Xaçmaz rayon İH-nin nümayəndəsi, Dilarə Əliyeva adına AQHMC-nin nümayəndəsi Cəmilə Səmədova, layihənin yerli koordinatoru Eynulla Xeyrullayev, müxtəlif təbəqələri təmsil edən qadınlar iştirak ediblər.


photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv