Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
SOSİAL

Yeni qanun layihəsi: nələr qadağan ediləcək?

<b>Yeni qanun layihəsi: nələr qadağan ediləcək?</b>

Bir çox halda uşaqların yaşına uyğun olmayan müzakirələrdə, veriliş və çəkilişlərdə iştirakının şahidi oluruq

Biz bunun əleyhinəyik. Həmçinin dini mərasimlərdə uşaqların iştirakını birmənalı olaraq qəbul etmirik. Bu baxımdan yeni qanun layihəsinin çox lazımlı olduğunu düşünürəm.
Bu sözləri Axar.az-a hüquq müdafiəçisi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin Koordinatoru Vasif Akifli “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi barədə danışarkən deyib. V.Akiflinin sözlərinə görə, uşaqlarla bağlı belə layihələrin qəbuluna ehtiyac var:
“Biz bir cəmiyyət olaraq uşaqlarla bağlı hər hansı hadisə baş verdikdən sonra onları müzakirəyə qoyuruq. Bu zaman danışılan söhbətlərin, müzakirələrin heç bir effekti olmur. Ancaq bu gün qeyd etdiklərimiz artıq qanun layihəsinə çevrilirsə, qəbul edilən bir qərar olursa, bu çox sevindirici haldır. Uşaqların dini mərasimlərə qatılmaması ilə bağlı şəxsən mən dəfələrlə etiraz etmişəm. Uşaqlar məscidlərdə, izdiham olan yerlərdə iştirak etməməlidir. Orada baş verən hadisələr, ağlaşma səsləri, ağıların deyilməsi uşaqların yaşına uyğun deyil və bu, onların birbaşa psixologiyasına təsir edir. Uşaqlarda xüsusi bir aqressiya yaradır”.
Hüquq müdafiəçisi hesab edir ki, uşaqları sosial verilişlərdən uzaq tutmaq lazımdır:
“Uşaqlarımızın kiçik yaşlarda nə öyrənməsinə fikir verməliyik. Ailədə gəlin-qayınana problemi olur, ailə dağılır, ata atır uşaqları gedir və bütün bunlar bir verilişdə uşağın gözü qarşısında müzakirə edilir. Yaxud, uşaq evdə TV qarşısında bunu izləyir. Nəzərə alınmır ki, verilişdə haqqında danışılan uşağı dostları, sinif yoldaşları da görür. Həmin uşağın məktəbdə, yolda hamı tərəfindən barmaqla göstərilməsi onda necə böyük travmalar yaradır.
Bir neçə il keçəndən sonra həmin uşaq internetdən həmin görüntüləri, videoları tapıb yenidən eyni travmaları yaşayacaq. Bu, uşaqda utanc hissi yaratmaqdan əlavə onu aqressivləşdirir”.
V.Akiflinin sözlərinə görə, birdəfəlik qəbul edilməlidir ki, kimsəsiz, ailə-məişət zorakılığının qurbanı olan uşaqların efirdə, telekanallarda, sosial şəbəkələrdə üzü göstərilməməlidir:
“Onlar patensial qurbandır və köməksizdirlər. Onların fotosunu, kişik yaşda başlarına gələnləri yayıb efirə verməklə heç kəsi maarifləndirmirik. Əksinə, o uşağın gələcəyini məhv edir, onda travma yaradırıq. Biz sadəcə valideynini itirmiş, itkin düşmüş uşaqların görüntüsünü onların tapılması məqsədilə paylaşırıq. Başqa cür ola da bilməz”.
Xatırladaq ki, uşaqların dini məclislərə buraxılmaması ilə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, efirə verilən verilişlərdə də uşaqların yaş həddi nəzərə alınacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova Sputnik-ə açıqlamasında bildirib ki, yeni hazırlanan “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv