Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Rusiyadan Qarabağ savaşına “yaşıl işıq”: Ermənilər...

<b>Rusiyadan Qarabağ savaşına “yaşıl işıq”: Ermənilər...</b>

Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir

Bu sözləri Axar.az-a açıqlamasında təmas xəttindəki son vəziyyət barədə danışarkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Sərkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqlədi:
“Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir. Azərbaycan əvvəl təmkinlik nümayiş etdirsə də, təxribatlara qarşı artıqlamasıyla cavab verəcək. Sözsüz ki, Ermənistan iki il danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Diqqət çəkən məqam isə hazırda rus mətbuatında sülh danışqlarındansa hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir varinat üzərində düşünmür. Ermənilərin nəyə arxayın olduğunu söyləyə bimərəm, hər halda İrəvan çox riskli və təhlükəli addım atdı. Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərəfinin itkiləri daha çox olacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv