Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

ABŞ-ın İrana qarşı çağırışına Bakı qoşulmayacaq

<b>ABŞ-ın İrana qarşı çağırışına Bakı qoşulmayacaq</b>

ABŞ-ın İrana qarşı sərt addımları Trampın elan etdiyi yeni Yaxın Şərq strategiyasının həyata keçirilməsindən xəbər verir

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, hazırda ABŞ üçün Yaxın Şərq strategiyasında İranla mübarizə vacib rol oynayır:
“Regionda çox ciddi proseslər gedir. ABŞ təkcə Avropadakı yox, eyni zamanda, regiondakı mühüm müttəfqilərini də İrana qarşı aktiv fəaliyyətə keçməyə sövq edir. Ona görə də yaxın vaxtlarda şərti antiiran koalisiyası formalaşacaq. Gələcəkdə bu koalisiyanın fəaliyyətindən çox şey asılı olacaq”.
Politoloq bu fonda çox önəmli bir məqama - ABŞ-ın regiondakı müttəfiqlərinin Azərbaycanla da sıx əlaqələrinin olmasına diqqət çəkib:
“Burada xüsusi olaraq Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin adını çəkmək olar. Çox güman ki, bu dövlətlər Azərbaycana da bu və digər şəkildə antiiran koalisiyasında iştirakçı olmağı təkliflər edəcəklər. Azərbaycan bu cür risklərdən uzaq durmaqdadır. Çünki bu, ölkəmiz üçün müsbət heç nə vəd etmir. Bu siyasətin hansı ölkələr tərəfindən aparılmasına baxmayaraq, Azərbaycan heç bir zaman maraqlarına uyğun olmayan siyasətdə iştirak etməyəcək. Bu yaxınlarda Azərbaycan prezidenti İstanbulda keçirilən D-8 sammitində bir daha vurğuladı ki, Bakının əsas marağı qonşu ölkələrlə maksimum iqtisadi, siyasi və digər sahələdə faydalı əməkdaşlıq qurmaqdır. İran Azərbaycan üçün qonşu ölkədir və Bakı-Tehran münasibətlərinin korlanması hər iki dövlətin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu baxımdan da Azərbaycan ABŞ-ın antiiran siyasətində iştirak etməyəcək”.
Qeyd edək ki, ABŞ-ın Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster Vaşinqtonun bütün dostlarını İrana qarşı birgə hərəkət etməyə çağırıb, əks təqdirdə bunun qarşılığını bütün dünyanın ödəyəcəyini bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv