Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

“Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı keçirilib

<b>“Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı keçirilib</b>

Oktyabrın 24-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı öz işinə başlayıb

Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edir. Azərbaycan tərəfdən konfransa böyük maraq göstərilib və tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.
Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti, eləcə də gələcək əməkdaşlıq imkanları barədə barədə məlumat verib. Qeyd edilib ki, 2 gün davam edəcək konfransın mövzusu aktualdır və bir sıra əhəmiyyətli sahələr, o cümlədən beynəlxalq investisiya siyasətlərində son yeniliklər, beynəlxalq və regional investisiya sazişləri, investisiya mübahisələrinin həlli və investisiya siyasətlərində ən yaxşı təcrübələr mövzuları ətrafında müzakirələr aparılacaq.
Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya siyasəti və bu sahədə həyata keçirilən hüquqi və institusional islahatları diqqətə çatdıran nazir müavini konfransın investisiyalar sahəsində fikir mübadiləsinin aparılması, yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 mlrd. ABŞ dollarını xarici investisiyalar təşkil edir.
UNCTAD-ın İnvestisiya Siyasətləri Departamentinin rəhbəri Corc Veber çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib.
Sonra beynəlxalq investisiya siyasətinin müxtəlif istiqamətləri üzrə sessiyalar – “Beynəlxalq investisiya siyasətləri sahəsində son yeniliklər və əsas problemlər”, “Beynəlxalq investisiya sazişləri rejimində islahatlar: səbəblər və həlli yolları” və “İri regional investisiya sazişləri: bölgə üçün təsirləri” keçirilib, beynəlxalq ekspertlərin mövzulara dair məruzələri dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv