Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
TÜRK DÜNYASI

Manisada Türk dünyası ilə bağlı tədbir keçirilib

<b>Manisada Türk dünyası ilə bağlı tədbir keçirilib</b>

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin,TİKA, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Şahzadələr Bələdiyyəsi və Kredit Yurdlar Qurumunun dəstəyi ilə, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Manisa Şöbəsi (TDED) tərəfindən Manisada təşkil edilən, ``Türk Dünyasında İz Buraxanlar: Bəxtiyar Vahabzadə - Abdurrahim Karakoç Şeirləri və Türküləri Gecəsi `` proqramına verdiyi töhfələrinə görə, “Okuklu” Holdinqin idarə heyətinin rəhbəri Yılmaz Okuklu ``Təqdir Bəratı” ilə mükafatlandırılıb.
Manisa Valisi Mustafa Hakan Güvençer, Türkiyə Böyük Millət Məclisi Manisa Millət Vəkili Dos. Dr. Selçuk Özdağ və EkoAvrasya Sədri Hikmət Eren tərəfindən təqdim edilən ``Təqdir Bəratı`` mərasimində çıxış edən “Okuklu” Holdinq İdarə heyəti Başçısı Yılmaz Okuklu, ``tarixi keçmişi əsrlər əvvəlinə söykənən və eyni qədəri paylaşan millətin övladlarının qurmuş olduğu iki dövlətin əlaqələrinin qiyamətə qədər eyni istiqamətdə davam etməsi üçün var gücümüzlə çalışmağa davam edəcəyik. Qafqazın parlayan ulduzu Azərbaycan, Avrasiyanın sənayesi mərkəzi Türkiyə arasındakı iqtisadi və ictimai əlaqələr hər keçən gün güclənir. Bizlər də bu inkişafa qatqı təmin etmək üzrə boynumuza götürmüş olduğumuz missiyası yerinə yetirmənin mücadiləsi içərisindəyik. Huzurlarınızda dövlət böyüklərimizə minnət və şükran duyğularımı ifadə edirəm``,-deyə bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv