Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

“İstedadlar sorağında”

<b>“İstedadlar sorağında” </b>

22 oktyabr "Passage" restoranında Ziya Səfərbəyovun "Satel Telecom" şirkətinin dəstəyi ilə keçirdiyi "İstedadlar sorağında" layihəsi baş tutdu

Layihəyə qatılan 36 iştirakçıdan hər biri səhnədə 3 dəqiqə vaxt çərçivəsində öz şeir və qısa hekayələri ilə çıxış etdi. Layihə müsabiqə xarakteri daşıyırdı və iki turdan ibarət idi. Tədbirə 150 nəfərdən çox tamaşaçı izləyici qismində təşrif buyurmuşdu. Qonaqlar və münsiflər sırasında məşhur xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi və 6 kitab müəllifi -Dilarə xanım Nağıyeva, məşhur jurnalist, yazıçı və Samur qəzetinin baş redaktoru- Sədaqət xanım Kərimova, KVN-dən çox yaxşı tanıdığımız aktyor, gənclərin dostu və bir neçə kitab müəllifi- Bəhram Bağırzadə, son zamanlar kütlə tərəfindən xüsusilə tanınan, Azərbaycan, Rusiya və Fransanın birgə ərsəyə gətirdiyi "Generallardan irəli" filminin ssenari müəllifi - Anar Ömərov və bir çox başqa müəllim, jurnalist və ədəbiyyatsevərlər iştirak etdilər. İlk turdan ikinci tura 7 iştirakçı keçid aldı ki, onlardan üçü qalib oldu. Belə ki, birinci yerin qalibi gənc iştirakçı Nigar Əzimova oldu. O, qeyri-adi çıxışı ilə hər kəsi heyran edərək, əsas mükafata "Samsung Galaxy" mobil telefonuna sahib oldu. İkinci yerin qalibi tamaşaçıların qəlbinə səmimiliyi və gözəl ifası ilə yol tapan Fizuli Vaqifoğlu oldu, istedadlı iştirakçı "Lenovo Tab" ilə mükafatlandırıldı. Üçüncü yerin sahibi isə emosional çıxışı ilə fərqlənən Rizvan Sadığov oldu və "Power Bank" qazandı. Bütün qalibləri səmimi qəlbdən təbrik edirik. Səsvermə münsiflər heyəti və auditoriya tərəfindən 5 ballıq sistemlə keçirildi.
"Qeyd edim ki, "İstedadlar sorağında" belə janrda keçirdiyimiz ilk layihə idi. Gələcəkdə də, bu tip layihələr keçirməyə çalışacağıq, çünki istedadlarımızı aşkara çıxarmaq və onları bir yerə toplamaq çox önəmlidir. Bu Azərbaycan ədəbiyyatının inkişafı üçün də çox vacibdir. İlk dəfə belə bir tədbirin keçirildiyinə Permdə "Gənc yazıçıların görüşündə" və digər Avropa ölkələrində şahid oldum. Elə o vaxtlardan Azərbaycanda da belə unikal bir tədbir keçirmək fikri məni tərk etmirdi. Bütün iştirakçılara və dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm." - RecLife nəşr evinin dəstəyi ilə kitabları Amerikada və Avropada nəşr olunan, üç kitab müəllifi Ziya Səfərbəyov.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv