Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

Azərbaycana böyük investisiya axını baş verə bilər

<b>Azərbaycana böyük investisiya axını baş verə bilər</b>

Azərbaycana gələn xarici investisiya əsasən nef sektoruna yönəlib

Xüsusilə də böyük layihələrdə bu investisiyanın neft sahəsinə doğru axını müşahidə edilir. Xarici investisiyanın bundan sonrakı dövrdə də daha çox neft sektoruna yönəlməsi ehtimalı yüksəkdir. Cənub Qaz Dəhlizi, Azəri-Çıraq-Günəşli, TANAP və TAP kimi iri layihələr Azərbaycanın neft sektoruna xarici investisiya axınının növbəti illərdə də böyük həcmdə davam edəcəyini deməyə əsas verir.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycana xarici investisiya axınının sürətləndirmə yolları ilə bağlı danışarkən deyib. O bildirib ki, qeyri-neft sektoruna xarici investisiya axınının zəif templə davam etməsi bəzi problemlərlə bağlıdır:
“Düşünürəm ki, hazırda icrası davam edən strateji yol xəritələrində nəzərdə tutulan hədəflər üzrə fəaliyyətlər tamamlanarsa, son nəticədə ölkə iqtisadiyyatının liberallıq imkanları artmaqla yanaşı, xarici investisiya cəlbi də sürətləndirəcək. Sənayenin inkişafı ilə bağlı sənaye məhəllələri, texno-parkların yaradılması da bu sahəyə xarici investorların cəlb olunmasına imkan yaradacaq”.
Ekspert deyir ki, Ələt Azad Ticarət Zonasının statusu ilə bağlı qanun layihəsi qəbul edilərsə, böyük həcmli xarici investisiya axını baş verə bilər:
“Növbəti dövrlərdə daha çox üzərində dayanılmalı məqamlardan biri Ələt Azad Ticarət Zonasının fəaliyyəti ilə bağlı məsələdir. Ələt Azad Ticarət Zonasının statusu ilə bağlı gözlənilən qanun layihəsi təsdiqləndikdən və bu azad ticarət zonasına aid məhkəmə sisteminin tətbiqindən sonra bu sahəyə böyük həcmli xarici investisiya axınının baş verməsi gözlənilir. Bu da gələcəkdə qeyri-nef sektoruna yönələn investisiyaların həcmini artıra bilər”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv