Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

ABŞ dolları bahalaşdırır: Trampın təhlükəli gedişi

<b>ABŞ dolları bahalaşdırır: Trampın təhlükəli gedişi</b>

ABŞ administrasiyasının hazırkı addımları dolların mövqeyinin daha da mökəmlənməsinə xidmət edir

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, Federal Ehtiyat Sisteminin (FES) yeni rəhbərliyinə bu kursu dəstəkləyən birinin gətirilməsi də dolların bahalaşacağından xəbər verir:
“Aparılan bu siyasətin əsas ana xəttini ABŞ iqtisadiyyatına daha çox vəsaitin cəlb edilməsi təşkil edir. Hesab edirəm ki, FES bu dəfə faiz artımına gedəcək. Uçot dərəcəsinin 0,25 faiz artırılması gözləniləndir. Bu təkcə Amerika Mərkəzi Bankının deyil, eyni zamanda, ABŞ administrasiyanın da istəyidir. Hazırda bunu reallaşdırmaq üçün hər şeyi edirlər”.
İqtisadçı dolların bahalaşmasının dünya maliyyə bazarlarına təsirlərindən də söz açıb:
“Bu proses dünya maliyyə bazarlarında müəyyən proseslərin getməsinə səbəb olacaq. Uzun illərdir ki, ucuz valyuta siyasəti həyata keçirən ABŞ bununla öz iqtisadiyyatında dirçəliş əldə etməyə çalışırdı. İqtisadiyyatda müəyyən nəticələr əldə edən ABŞ-ın daha baha dollar siyasətinə getməsi əslində, düşünülmüş bir addımdır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən seçki öncəsi təbliğat zamanı irəli sürülən vergi islahatları ilə bağlı qanunun yaxın günlərdə səsvermə üçün Konqresə təqdim olunacağı gözlənilir. Analitiklər islahatlar zərfinin qəbul olunmasının qlobal iqtisadiyyat və maliyyə bazarlarına mənfi təsir göstərəcəyini, nəticədə FES-in uçot dərəcəsini artırmağa davam edəcəyini bildirirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv