Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SOSİAL

Qazax Dövlət Sosial-İqtisadi Kollecində fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri keçirilib

<b>Qazax Dövlət Sosial-İqtisadi Kollecində fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri keçirilib</b>

Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığ”a dair maarifləndirici tədbir keçirilib

Tədbirdə çıxış edən Kollecin direktoru Elşad Quliyev ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb və bu inkişafın Qazax rayonunda yüksək səviyyədə həyata keçirilməsinə diqqət çəkib. Direktor bildirib ki, hər sahədə olduğu kimi, əhalinin təhlükəsiz yaşamasının təminatı məsələsində də ölkə rəhbərliyi səviyyəsində daim tədbirlər həyata keçirilir, insanlarımızın rifah halının daha da yaxşılaşdırılması naminə uğurlu layihələr gerçəkləşdirilir.
Daha sonra çıxış edən Qazax rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov fövqəladə halların baş verməməsi və ya minumum zərərlə aradan qaldırılması üçün tövsiyyələrini verib, rayon rəhbərliyi səviyyəsində bu istiqamətdə görülən çoxşaxəli işlərdən geniş nitq söyləyib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşlü fövqəladə halların baş verməsinin qarşısının alınması üçün müəssisə daxilində tələbələrin və işçilərin nizam-intizama daim əməl etməli olduqlarının vacibliyindən danışıb. O qeyd edib ki, I kursda kollecdə tədris olunan bütün ixtisaslar üzrə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi nəzərdə tutulub və həmin fənn proqramının tərtibində mülki müdafiə və fövqəladə hallarla bağlı bölmələrə xüsusi yer verilib. Bu da tələbələrin analoji sahədə daha çox məlumatlı olmasını şərtləndirir.
Kollecin təsərrüfat işləri üzrə direktor müavini Əlövsət Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev, hərbi rəhbər Natiq Rəhimov mövzu ətrafında geniş nitq söyləyiblər. Natiqlər fövəladə hallarla mübarizədə Rayonda görülən işlərdən danışıb, kollecdə də bu sahədə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Tədbir digər iştirakçıların maraqlı çıxışları ilə davam edib.


photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv