Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Cəbhədə təxribat və Sərkisyanın “sülh” çağırışının -Səbəbi

<b>Cəbhədə təxribat və Sərkisyanın “sülh” çağırışının -Səbəbi</b>

Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər

Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək, bundan Bakının əleyhinə istifadə edə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, Azərbaycanın növbəti hərbi uğuru Ermənistanın məğlubiyyəti demək olacaq:
“Hətta Ermənistanda daxili siyasi vəziyyət o dərəcədə pozulacaq ki, bu müharibə Dağlıq Qarabağ klanının bütün üzvlərinin hakimiyyətdən getməsi ilə nəticələnəcək. İrəvan da birmənalı olaraq məhz bu perspektivlərə görə hərbi yoldan qaçır. Cəbhədəki son vəziyyət ondan xəbər verir ki, İrəvan Azərbaycanın münaqişənin hərbi yolla həllinə tələsmədiyindən xəbərdardır. Ona görə də də ara-sıra gərginlik yaradır, təxribatlara əl atır. Sərkisyan bu cür spekulyasiyalarla vaxt udur. Onun əsas məqsədi marta qədər birtəhər kürsüdə oturmaq və rotasiya prinsipinə əsasən bu posta öz silahdaşlarından birini gətirməkdir. Zənnimcə, Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər. Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək bundan Bakının əleyhinə istifadə edə bilər. Bu üzdən də çox ehtiyatlı olmalı, ən uyğun zamanı gözləməliyik”.
Danışıqlara gəlincə, politoloqun sözlərinə görə, Bakının bu prosesi davam etdirməkdə öz maraqları var.
“Azəbaycanın məqsədi bu vəziyyətdən istifadə edib hansısa diplomatik irəliləyişlər əldə etməkdir. Ancaq digər maraqlı tərəf Minsk Qrupu isə sadəcə danışıqlar prosesinin getməsinə, beləliklə də nisbi sülhün təmin olunmasına çalışır. Ona görə də danışıqların hansısa bir səmərə verəcəyinə inanmıram. Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir ki, İrəvan mövqeyini dəyişsin və konstruktiv danışıqlara getsin. Təəssüf ki, bu da yaxın zamanlarda baş verməyəcək”.
Qeyd edək ki, ötən gün Ermənistan Prezidenti Serj Sərkisyan müharibəni qəti arzulamadığını və sülh danışıqlarına sadiq olduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv