Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

XİN bu aparıcını qara siyahıya saldı

<b>XİN bu aparıcını qara siyahıya saldı</b>

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib

Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı son dərəcə hörmətsizlikdir", - deyə H.Hacıyev əlavə edib.
E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bundan əvvəl məsələnin araşdırılacağını və təsdiqini tapacağı təqdirdə Entoni Burdenin arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv