Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
İQTİSADİYYAT

Strateji hədəf: Bakı 4 gündən sonra... - İqtisadçı

<b>Strateji hədəf: Bakı 4 gündən sonra... - İqtisadçı</b>

Bakı-Tiflis-Qars dəmiryol xətti təkcə beynəlxalq nəqliyyat layihəsi kimi deyil, eyni zamanda, Azərbaycan qeyri-neft sektorunda reallaşan vacib layihələrdəm biri kimi qiymətləndirilməlidir

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov Bakı-Tiflis-Qars dəmir yolunun strateji və iqtisadi əhəmiyyətini şərh edərkən deyib. O bildirib ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti Azərbaycan üçün xüsusi strateji xarakter daşıyan layihədir:
“Azərbaycan Bakı-Tiflis-Qars dəmiryol xəttinin reallaşmasında həm təşəbbüskar, həm də birbaşa layihəni reallaşdıran ölkədir. Hətta Bakı-Tiflis-Qars dəmiryol xəttinin reallaşması üçün Azərbaycan qonşu ölkələrə kredit belə təklif etmişdi. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan üçün bu layihə birmənalı şəkildə əhəmiyyət daşıyır. Bakı-Tiflis-Qars dəmiryol xəttinə maraq həddindən artıq böyükdür. Çünki bu layihə iqtisadi cəhətdən yüksək önəm kəsb edir. Azərbaycan həm sözügedən layihə vasitəsi ilə tranzit ölkə olaraq dövlət gəlirlərini artıracaq, həm də təbii ki, özünün xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullarını Türkiyə və Avropa bazarına çıxarma imkanı qazanacaq. Asiya ilə Avropanı birləşdirən dəmiryol xətti kimi bu layihə həm Avropadan, həm də Asiyadan məhsulların ixracının reallaşdırılmasını mümkün edəcək. Bundan əlavə, bu layihə Orta Asiya ölkələrinin Avropa ilə əlaqələrinin genişlənməsinə də şərait yaradacaq”.
İqtisadçı qeyd edib ki, məhz Azərbaycan Avropa ilə Asiyanı birləşdirən dəmiryol xəttinin layihəsini reallaşdırır:
“Bu, Azərbaycan iqtisadiyyatı üçün dövlət gəlirlərinin artırılması baxımdan kifayət qədər ciddi əhəmiyyətə malikdir. Nəticə etibarı ilə bu imkan verir ki, dövlət gəlirlərinin identifikasiyasına nail olaq. Xüsusən də çox fərqli mənbələrdən vəsaitin büdcəyə daxil olunması təmin olunacaq. Bu, həm də Azərbaycanın strateji əhəmiyyətini artıracaq”.
Qeyd edək ki, 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyulub. Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi isə 30 oktyabrda Bakıda baş tutacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv