Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Komitədən deputata cavab: “Ağlaşma quran“ TV...

<b>Komitədən deputata cavab: “Ağlaşma quran“ TV...</b>

Aparılmış monitorinqlər zamanı İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi bildirilib

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin açıqlamasında bildirilib.
O, Milli Məclisin deputatı Fazil Mustafanın İnteraz Televiziyası ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır:
"Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. Bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür".
Qeyd edək ki, dünən millət vəkili Fazil Mustafa özünün Feysbuk səhifəsində “İnteraz” telekanalını sərt tənqid edərək bu kanalın İranın təbliğat ruporuna çevrildiyini, "ağlaşma qurduğunu" bildirmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv