Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
DÜNYA

Sıfırın gücü: “heçlik” Avropaya necə ayaq açdı...

<b>Sıfırın gücü: “heçlik” Avropaya necə ayaq açdı...</b>

Sıfırın gücünü bilmək üçün əvvəlcə onun necə yarandığını öyrənməliyik

O, heç də asan yollardan keçməyib.
Babil kitabələrində və Mayya yazılarında rastlaşdığımız sıfır rəqəmi o vaxtlar fəsillərin dəyişməsini izah etmək üçün istifadə olunurmuş. Qədimdə alimlər hansısa rəqəmin olmadığını izah etmək üçün sıfırı göstərirdilər.
Tam riyazi aspektdən sıfırın rəqəm kimi qəbul edilməsi üçün düz iki min il keçdi. Onu ilk dəfə Hindistanda qəbul etdilər.
Riyaziyyat tədqiqatçısı Aleks Bellos hesab edir ki, Hindistanda bunun üçün zəmin var idi: “Heç bir şeyin də bir şey olması fikri hind sivilizasiyasında xüsusi yer tutur. Məsələn, “Nirvana” heçlik mərhələsidi, bütün həyəcan və istəklərdən arındığınız haldı. Belə olan halda, heçliyi ifadə edən bir simvol niyə də olmasın?”
Bu simvola hindlər “şunya” deyirdilər. Hazırda da bu ifadə heçlik anlayışı daşıyır, rəqəm olaraq da sıfır deməkdi.
Bu gün istifadə etdiyimiz bütün rəqəmlər əsrlər boyu forma dəyişikliyi yaşasa da, sıfır həmişə içiboş dairə kimi qalıb.
Babil yazılarında heç bir ölçünün olmadığını izah etmək üçün sıfır simvolu istifadə edilirdi.
Hind mistisizminə görə, sıfırdakı dairəvilik əslində həyatın dövriyyəsini, başqa sözlə, “ölümsüzlük çarxı”nı ifadə edirmiş.
Sıfırın VII əsrdə Hindistanda inkişaf etdirilməsinə astrofizik Brahmaqupta nail olmuşdu.
Cənubi Asiyada yayılmış sıfır rəqəmi sonradan Orta Şərqə keçir. İslam alimləri sıfırı dəyərləndirərək bugünkü ərəb say sistemini formalaşdırırlar. Bu qədər ruhani və intellektual başlanğıcın ardınca sıfırın qəliz keçid dövrü başlayır. Xristianlığın islama qarşı Səlib yürüşlərinə başlaması və ərəb fəlsəfəsinin həm riyaziyyatda, həm də digər sahələrdə şübhələrlə anılması ilə sıfır Avropaya ayaq açır.
1299-cu ildə Florensiyada bütün ərəb rəqəmləriylə yanaşı, sıfır da qadağan edildi. Bu qadağaya səbəb kimi sıfrın asan şəkildə doqquza çevrilə bilməsi və digər rəqəmlərin sonuna bir neçə sıfır atılaraq qiymət şişirilməsi və saxtakarlıq edilməsi əsas gətirilirdi. Üstəlik, sıfırın dərk olunması ilə mənfi ədədlərə keçidin yaranması da bu rəqəmi təhlükəli göstərirdi. Mənfi ədədlər borc almaq və borc vermək ənənələrini yayırdı.
Sıfırın digər ərəb rəqəmləriylə birgə qəbul edilməsi, nəhayət, XV əsrdə baş tutdu. Həmin dövrdə Oksford Universiteti əsrlərdi fəaliyyət göstərirdi və mətbəə yeni kəşf edilmişdi. Hər iki amil sıfırın riyaziyyatda öz yerini tapmasına təkan verdi və hazırda istifadə etdiyimiz bir çox elmi-texnoloji yeniliklərin bünövrəsi quruldu.
XVII əsrdə sıfır artıq fransız filosofu və riyaziyyatçısı Rene Dekartın kəşf etdiyi Kartezian koordinat sisteminin əsasını təşkil edirdi (x-y qrafikləri).
Aleks Bellos deyirdi ki, əslində renessans təməlində sıfırın dayandığı ərəb say sisteminin Avropaya gəlişiylə başlamışdı. Beləcə, arifmetikanın ağ-qara dünyası möhtəşəm rənglərə boyanmışdı.
Bununla yanaşı, renessans dövründə sıfır elə bir güc qazanmışdı ki, yeni dalğalara yol açmışdı. Sıfıra bölünmə məsələsi kimi. Sıfırı sıfıra bölmək hesabın təməlində dayanırdı. Hesab sistemi isə riyazi dəyişimləri ifadə edərək, eyni zamanda, gələcəklə bağlı ehtimalları görə bilməyimizə şərait yaradır. Belə ki, zamanla dəyişə bilən hər şeyin qrafiki çəkilərək, ola biləcək bütün əyrilər qeyd olunur və gələcəyə dair təxminlər əldə oluna bilir.
Hesab hər şeyin zamanla dəyişdiyini ifadə edən sistemdir, birjalardan tutmuş dərmanların qan-damar sistemində həzm olmasına qədər… Rəqəmsal baxımdan, sıfır olmasa, bunların heç biri mümkün olmazdı.
Deməli, bu içiboş, eyni zamanda, çox güclü dairənin tarixdəki və müasir dövrümüzdəki roluna dürüstcə qiymət vermək lazımdı.
Hena Fray, BBC









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv